"Taliban" hərəkatı ABŞ ilə diplomatik münasibətləri normallaşdırmağa can atdığını bəyan edib və Amerika səfirliyinin Qabilə qayıtmasına isti münasibət göstərdiyini açıqlayıb.
“İki sahil” xəbər verir ki, bu barədə hərəkat nümayəndələri "Al Hadath" telekanalına bildiriblər.
Taliblər ABŞ-ın Əfqanıstan aktivlərinin sərbəst buraxmasının da münasibətlərin yaxşılaşmasına kömək edəcəyini vurğulayaraq Vaşinqtonu öz "döyüşkən siyasət"ini dəyişməyə çağırıblar.
Telekanal qeyd edib ki, hərəkatın Əfqanıstanda hakimiyyətə gəlməsindən beş il keçməsinə baxmayaraq, ABŞ hələ də "Taliban" hökumətini tanımaqdan imtina edir.
ABŞ-də 10 mindən çox reysin ləğvindən sonra uçuşlara nəzarət sisteminin yenilənməsi gündəmə gəlib
“Mercedes-Benz” Almaniyadakı bəzi zavodlarını bağlamaq planını nəzərdən keçirir
Şon Daffi: ABŞ-da 10 mindən çox reysin ləğvinə səbəb olan nasaz qurğu aşkarlanıb
JPost: İsrail kəşfiyyatı İrana qarşı hərbi əməliyyatların bərpasını dəstəkləyir