ABŞ Prezidenti Donald Trampın Venesuela hakimiyyəti ilə neftə dair sövdələşməsi Vaşinqtonun "North American Blue Energy Partners" özəl şirkətində birbaşa pay almasını nəzərdə tutur ki, bu şirkətə də ölkə ehtiyatlarının beşdə birini təşkil edən təxminən 65 milyard barel ehtiyata malik 17 Venesuela neft yatağı üzərində yüzillik hüquqlar veriləcək.
“İki sahil” xəbər verir ki, bu barədə ekspertlərə istinadəlla "The Wall Street Journal" (WSJ) yazıb.
Pentaqon öz səlahiyyətlərini genişləndirərək layihəni maliyyələşdirməyə kömək edəcək və hasilatdan fayda əldə edəcək. WSJ yazıb ki, ABŞ 35 faizlik pay və hasilatın 20 %-ni maya dəyərinə almaq üçün üstünlük hüququ əldə etməyi planlaşdırır.
"Əgər bu sövdələşmə Venesuelanın gələcək hökumətləri dövründə də qüvvədə qalarsa, Tramp ABŞ-ni şist inqilabının çərçivəsindən kənara çıxan strateji neft ehtiyatları ilə təmin edəcək", - "Rystad Energy"dən olan analitik Şrayner Parker bildirib və əlavə edib ki, bu barellərin real hasilata necə çevriləcəyi barədə hələ də qeyri-müəyyənlik mövcuddur.
Tramp və Venesuelanın prezidenti səlahiyyətlərini icra edən Delsi Rodriqes sövdələşmənin parametrlərini elandan bir neçə gün əvvəl telefon danışığında razılaşdırıblar. Razılaşma hökumətlər səviyyəsində müzakirə edilsə də, ABŞ Venesuela dövlətinin kontragenti deyil, özəl şirkətin investoru olacaqdı. Qəzet yazıb ki, ABŞ-nin müqavilə bağladığı "North American Blue Energy Partners" şirkətinin rəhbəri Alexandro Betankurun Rodriqeslə sıx əlaqələri var - İspaniya və İsveçrədə ona qarşı çirkli pulların yuyulmasına dair araşdırmalar aparılıb, lakin heç bir ittiham irəli sürülməyib.
Finlandiya Prezidenti Avropa ölkələrini Rusiya ilə dialoqu bərpa etməyə çağırıb
Varşava "Patriot" istehsalının bir hissəsinin Polşaya köçürülməsi barədə ABŞ ilə danışıqlar aparır
Britaniyanın sabiq XİN rəhbəri 2028-ci ildə London meri postu uğrunda mübarizə aparacaq
Türkiyə və Somali hərbçiləri piratlar tərəfindən ələ keçirilmiş gəmini azad edib
Qalibaf Bessentin bölgədən tonlarla neft çıxarıldığı barədə iddialarını təkzib edib