Nepalda daşqınlar nəticəsində ölənlərin sayı 734 nəfərə çatıb.
“İki sahil” xəbər verir ki, ölkənin Fəlakətlərin Fəsadlarının Aradan Qaldırılması üzrə Milli İdarəsi (NDMA) bu barədə "X" sosial şəbəkəsində bildirib.
"734 meyit tapılıb", - idarənin hesabatında deyilir.
Daha əvvəl 675 nəfərin öldüyü xəbər verilib.
Bundan əlavə, xilasedicilər 227 xarici vətəndaş da daxil olmaqla, təxminən 8 200 nəfəri təxliyə edə biliblər.
Həmçinin təxminən 580 xarici vətəndaş da daxil olmaqla, təxminən 2 500 nəfər itkin düşüb. Xilasetmə işlərində təhlükəsizlik xidmətinin 19 800-dən çox işçisi iştirak edir.
ABŞ-də 10 mindən çox reysin ləğvindən sonra uçuşlara nəzarət sisteminin yenilənməsi gündəmə gəlib
“Mercedes-Benz” Almaniyadakı bəzi zavodlarını bağlamaq planını nəzərdən keçirir
Şon Daffi: ABŞ-da 10 mindən çox reysin ləğvinə səbəb olan nasaz qurğu aşkarlanıb
JPost: İsrail kəşfiyyatı İrana qarşı hərbi əməliyyatların bərpasını dəstəkləyir