31 avqust 2026 11:57
110

Rəşad Sadıqov “Zirə”nin baş məşqçisi kimi çempionatda 200-cü oyununa çıxıb

Azərbaycan Premyer Liqasının III turu “Zirə”nin baş məşqçisi Rəşad Sadıqov üçün əlamətdar olub.

“İki sahil” xəbər verir ki,  Peşəkar Futbol Liqasından bildirilib ki, qəsəbə klubu onun rəhbərliyi dövründə çempionatda 200-cü oyununa çıxıb. Onun yetirmələri bu qarşılaşmada 1:0 hesablı qələbə qazanıblar.

2020-ci ilin yayından “Zirə”yə rəhbərlik edən Sadıqovun yetirmələri 7 mövsüm ərzində 89 qələbə qazanıb, 62 heç-heçə edib və 49 dəfə uduzub. Bu oyunlarda rəqib qapılarına 247 qol vuran qəsəbə klubu öz qapısından 187 top buraxıb.

Qeyd edək ki, Sadıqovun bu postda debütü 2020-ci il avqustun 23-də “Qəbələ” ilə səfər görüşündə (1:1) gerçəkləşib.