31 avqust 2026 14:09
162

Podqoritsada cüdo üzrə gənclər arasında Avropa çempionatı keçiriləcək

3–6 sentyabr tarixlərində Monteneqronun paytaxtı Podqoritsada cüdo üzrə gənclər arasında Avropa çempionatı keçiriləcək. Azərbaycan qitə yarışında 10 çəki dərəcəsində 14 idmançı (9 oğlan, 5 qız) ilə təmsil olunacaq. 

Kollektivə gənc oğlanlardan ibarət yığmanın baş məşqçisi Rüstəm Alimli, məşqçilər Elxan Rəcəbli, Əbdülhəqq Rəsullu, qadınlardan ibarət yığmanın baş məşqçisi Amina Abdellatif və böyük məşqçi Saşa Herkenrat-Vimar rəhbərlik edəcək.

Gənclər arasında Avropa çempionatında 44 ölkədən 410 cüdoçu (226 oğlan, 184 qız) mübarizə aparacaq. 

Heyəti təqdim edirik: 

Qızlar

-48 kq
Nərgiz Əhmədova 
Gülgəz Musayeva 

-52 kq
Aysun Məmmədova 

-57 kq
Aytən Verdiyeva 
Xədicə Qədəşova

Oğlanlar 

-60 kq
Ayxan Mirzəzadə 

-66 kq
Məhəmməd Musayev 

-73 kq
Əbil Yusubov 

-81 kq
Cəsur İbadlı  
Mehdi Abbasov 

-90 kq
Aslan Kotsoyev
Süleyman Şükürov

-100 kq
Davud Namazlı 

+100 kq
Ramazan Əhmədov