Qadın voleybolçulardan ibarət Azərbaycan millisi 1/8 finalda mübarizəni dayandırıb.
“İki sahil” xəbər verir ki, Faiq Qarayevin baş məşqçisi olduğu yığma komandamız 1/8 final mərhələsində Türkiyə millisi ilə qarşılaşıb.
İstanbul şəhərindəki "Sinan Erdem" idman zalında keçirilən görüş meydan sahiblərinin 3:0 (25:14, 25:16, 25:22) hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, milli komandamız Bakıdakı Milli Gimnastika Arenasında təşkil olunan C qrupunun oyunlarını 8 xalla üçüncü pillədə tamamlayaraq 1/8 finala vəsiqə əldə etmişdi.
Azərbaycan Basketbol Liqası: Bu gün "Sabah" və "Neftçi" komandaları üz-üzə gələcək