02 sentyabr 2026 01:15
99

İkardi hələ yekun qərarını verməyib

Argentinalı hücumçu Mauro İkardi karyerasını İtaliyada davam etdirə bilər. 

“İki sahil” xəbər verir ki,  “Foot Mercato” nəşrinin məlumatına görə, hazırda azad agent statusunda olan futbolçu bir neçə klubun təklifini nəzərdən keçirir və İtaliyaya qayıtmağa hazırlaşır. “Latsio” argentinalı hücumçuya 2028-ci ilə qədər müqavilə təklif edib. Lakin İkardi hələ yekun qərarını verməyib.

Xatırladaq ki, İkardi iyulun 1-də “Qalatasaray”la müqaviləsinin başa çatmasından sonra azad agent statusu alıb. O, 2023-cü ildən İstanbul klubunda çıxış edib və 4 dəfə Türkiyə çempionu olub. Həmçinin Türkiyə Kuboku və Superkubokunu qazanıb.

Qeyd edək ki, argentinalı futbolçu “Qalatasaray”ın heyətində keçirdiyi 134 oyunda 77 qol vurub və 25 məhsuldar ötürmə edib. Bundan əvvəl isə İtaliyada “Sampdoriya” və “İnter”in formasını geyinib.