02 sentyabr 2026 22:26
94

Azərbaycan – Litva oyunu Bakıda keçiriləcək

Azərbaycan və Litva milli komandaları arasında oktyabrın 4-də baş tutacaq UEFA Millətlər Liqası qarşılaşmasının məkanı dəyişdirilib.

“İki sahil” xəbər verir ki, AFFA-ya istinadən xəbər verir ki, əvvəlcə Gəncə şəhərində keçirilməsi planlaşdırılan oyun Bakıda təşkil olunacaq. Qərar tərəflər arasında aparılan əlavə müzakirələr və qarşılaşmanın təşkili ilə bağlı texniki və logistika məsələlərinin qiymətləndirilməsindən sonra qəbul edilib. Qarşılaşmanın Bakıda keçirilməsi ilə bağlı qərar UEFA ilə də razılaşdırılıb. AFFA-dan bildirilib ki, oyunun məkanının dəyişdirilməsi Gəncə stadionunun qarşılaşmanı qəbul etməyə hazır olmaması ilə əlaqədar deyil.