Səfər çərçivəsində İsmayıllı Rayon İcra Hakimiyyətində keçirilən görüşdə regionun inkişafı, iqtisadi potensialı, investisiya imkanları və ikitərəfli əməkdaşlığın genişləndirilməsi perspektivləri barədə fikir mübadiləsi aparılıb.
Görüşdə ABŞ-Azərbaycan tərəfdaşlığının daha da inkişaf etdirilməsi, iqtisadiyyat, investisiyalar və insanlararası əlaqələr daxil olmaqla müxtəlif sahələrdə əməkdaşlığın genişləndirilməsinə imkan yaradan Strateji Tərəfdaşlıq Xartiyasının əhəmiyyəti vurğulanıb.
Səfər çərçivəsində İsmayıllıda fəaliyyət göstərən Coca-Cola istehsal müəssisəsi və Chabiant Winery şərab zavoduna baş çəkilib, yerli istehsal, kənd təsərrüfatı və turizm potensialı ilə tanışlıq olub.
Həmçinin Basqal qəsəbəsinə səfər edilərək qəsəbənin zəngin tarixi-mədəni irsi, qədim memarlıq nümunələri və turizm imkanları barədə məlumat verilib.
İsmayıllının iqtisadi, kənd təsərrüfatı, turizm və investisiya potensialının inkişaf etdirilməsi istiqamətində keçirilən görüşlər qarşılıqlı əməkdaşlığın genişləndirilməsi baxımından əhəmiyyətlidir.