03 sentyabr 2026 22:10
69

"Qalatasaray" Çempionlar Liqası üçün heyətini açıqlayıb

Türkiyənin "Qalatasaray" klubu UEFA Çempionlar Liqasının Liqa mərhələsində mübarizə aparacaq heyətini açıqlayıb.

“İki sahil” xəbər verir ki, İstanbul təmsilçisinin 24 futbolçudan ibarət siyahısında aşağıdakı oyunçular yer alıb:

Qapıçılar

Uğurcan Çakır

Günay Güvenç

Cankat Yılmaz

Enes Emre Büyük

Müdafiəçilər

Abdülkerim Bardakçı

Davinson Sançes

El Şadail Biştyabu

Vilfred Sinqo

Eren Elmalı

İsmail Yakobs

Yarımmüdafiəçilər

Roland Şallai

Aleksey Batrakov

Qabriel Sara

İlkay Gündoğan

Mario Lemina

Lukas Toreyra

Renato Nhaqa

Lesli Uqoçukvu

Yunus Akgün

Hücumçular

Viktor Osimhen

Barış Alper Yılmaz

Rafael Leao

Leroy Sane

Deniz Gül

Kaan Ayhan, Arda Ünyay, Kazımcan Karataş, Eyüp Aydın və Can Armando Güne isə heyətdən kənarda qalan futbolçular olub.

Qeyd edək ki, "Qalatasaray" Liqa mərhələsində "Sportinq" (Portuqaliya), "Barselona" (İspaniya), "Lill" (Fransa), "Ştutqart" (Almaniya), "Aston Villa" (İngiltərə), AEK (Yunanıstan), "Feyenoord" (Niderland) və PSJ (Fransa) ilə qarşılaşacaq. Baş məşqçi Okan Burukun rəhbərlik etdiyi kollektiv ilk oyununu sentyabrın 9-da səfərdə "Sportinq"ə qarşı keçirəcək.