04 sentyabr 2026 11:46
77

MİDA: Mənzillərin xeyli hissəsi vətəndaşlar tərəfindən seçilib

Mənzillərin xeyli hissəsi vətəndaşlar tərəfindən seçilib.

“İki sahil” xəbər verir ki, bu sözləri Mənzil İnşaatı Dövlət Agentliyinin (MİDA) aparat rəhbəri Cəmşid Əmirov Lənkəran, Şirvan və Yevlax Yaşayış komplekslərində mənzillərin güzəştlə satışı prosesinin müşahidə edilməsi çərçivəsində keçirilən tədbirdə çıxışı zamanı deyib.

O bildirib ki, seçim prosesinin real vaxt rejimində izlənilməsi mümkündür.

“Sistemə tətbiq edilən yeniliklər və təhlükəsizlik tədbirlərinin əsas məqsədi hər bir vətəndaş üçün bərabər seçim şəraitinin yaradılması, şəffaflığın və ədalətin təmin olunması, eləcə də prosesin tam təhlükəsiz şəkildə həyata keçirilməsidir”,- deyə o qeyd edib.

Qeyd edək ki, satışa Lənkəran Yaşayış Kompleksi üzrə 1, Şirvan Yaşayış Kompleksi üzrə 528, Yevlax Yaşayış Kompleksi üzrə 6 mənzil olmaqla, ümumilikdə 535 mənzil çıxarılır. Bütün mənzillər tam təmirli, mətbəx mebeli, kombi isitmə sistemi (kombi cihazı daxil olmaqla), su, qaz və elektrik sayğacları ilə təmin edilmiş vəziyyətdə təklif olunur.