09 yanvar 2017 17:13
207

Ötən il BTC kəməri ilə 28,8 milyon ton Azərbaycan nefti nəql olunub

2016-cı ilin dekabr ayı ərzində BTC əsas ixrac boru kəməri vasitəsilə 2 milyon 386 min 450 ton Azərbaycan nefti nəql olunub. "İki sahil" xəbər verir ki, ötən ilin yanvar- dekabr aylarında bu kəmərlə 28 milyon 862 min 673 ton neft ötürülüb. Ümumiyyətlə, kəmər istifadəyə verilən gündən 2017-ci il yanvar ayının 1-ə qədər BTC-yə 321 milyon 538 min 62 ton neft vurulub. 

Bundan başqa, 2016-cı ilin dekabr ayında BTC kəməri ilə 441 min 271 ton Türkmənistan nefti nəql olunub.