05 sentyabr 2026 19:51
131

Jurnalist Aygün Hüseyn yeni vəzifəyə təyin olundu

Gənc jurnalist Aygün Hüseyn yeni vəzifəyə təyin olunub.

“İki sahil” xəbər verir ki, Aygün Hüseyn “Vektor Group” şirkətinin prezidenti, professor Elçin İsgəndərzadənin qərarı ilə direktor referenti vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Aygün Hüseyn jurnalistika sahəsində uzunmüddətli təcrübəyə malikdir. O, bundan əvvəl Naxçıvan Televiziyası, “Azərbaycan müəllimi” qəzeti, Bizim.Media və digər media qurumlarında müxtəlif vəzifələrdə çalışıb.

Peşəkar fəaliyyəti dövründə müxtəlif mövzularda yazıları və jurnalist fəaliyyəti ilə diqqət çəkən Aygün Hüseyn hazırda 1incimedia.az xəbər platformasının rəhbəridir.