05 sentyabr 2026 23:00
77

Elan edilmiş atəşkəsə baxmayaraq...

Son 24 saat ərzində İsrail hərbçilərinin Livanın cənub-şərqində həyata keçirdiyi hücumlar nəticəsində beş nəfər həlak olub, daha 37 nəfər isə yaralanıb.

“İki sahil” xəbər verir ki, bu barədə Livanın Səhiyyə Nazirliyinin X sosial şəbəkəsində yayımladığı açıqlamada bildirilib. Hesabatda qeyd olunur: "Martın 2-də hərbi eskalasiyanın başlamasından bu yana həlak olan livanlıların ümumi sayı 4 359 nəfərə, yaralananların sayı isə 12 362 nəfərə çatıb".

Qeyd edilir ki, tərəflər arasında iyunun 19-da elan edilmiş atəşkəsə baxmayaraq, İsrail Hərbi Hava Qüvvələri günün ikinci yarısında Vadi əs-Süluki və Vadi əl-Hoceyr vadilərində yerləşən yerüstü hədəflərə zərbələr endirib. Həmçinin Tsur şəhərinin ətrafında yerləşən Əl-Mənsuri qəsəbəsinə hava hücumları həyata keçirilib.