05 sentyabr 2026 23:45
84

Madrid İspaniyanın Seuta eksklavındakı limanı nəzarətə götürüb

Madrid İspaniyanın Seuta eksklavındakı limanı nəzarətə götürüb və orada miqrantlar üçün müvəqqəti çadır düşərgəsinin təşkilinə icazə verib.

“İki sahil” xəbər verir ki,  bu barədə İspaniyanın ictimai teleradio şirkəti RTVE məlumat yayıb. Məlumata görə, prezident Xuan Xesus Vivasın rəhbərlik etdiyi Seuta regional hökumətinin qarşı çıxmasına baxmayaraq, nəqliyyat naziri Oskar Puente müvafiq əmr imzalayıb.

Cümə günü regional hakimiyyət orqanları düşərgənin liman ərazisində yerləşdirilməsinə qarşı çıxaraq bildiriblər ki, liman eksklavın təchizatı üçün həyati əhəmiyyət daşıyır və yaxınlıqda iri yanacaq terminalı yerləşir.

Daha əvvəl yerli administrasiya miqrantların keçmiş hərbi hospitalda və ya idman mərkəzlərində müvəqqəti yerləşdirilməsinin əleyhinə çıxış edib. Hazırda Los-Rosales rayonunda təxminən 900 nəfər üçün nəzərdə tutulan daha bir düşərgə yaradılır. Bununla əlaqədar sakinlər etiraz aksiyaları keçirirlər.