09 sentyabr 2026 00:21
89

Rusiyanın itkiləri açıqlandı - 1658-ci gün

Ukrayna müharibənin 1658-ci günü üçün Rusiya ordusunun itkiləri haqda məlumatı yeniləyib.

“İki sahil” xəbər verir ki, bu barədə Ukrayna Baş Qərargahı məlumat yayıb.

Məlumata əsasən, Rusiya indiyə qədər 1 499 390 hərbçi, 12 331 ədəd tank, 25 285 ədəd zirehli döyüş maşını, 49 341 ədəd artilleriya sistemi, 2 104 (reaktiv yaylım atəş sistemi), 1 612 hava hücumundan müdafiə sistemi, 441 ədəd hərbi təyyarə, 355 ədəd helikopter, 2 521 ədəd yerüstü robot-texnika kompleksi, 504 309 ədəd PUA, 145 478 ədəd avtomobil texnikası, 5 070 qanadlı raket, 35 gəmi/kater, 2 sualtı qayıq, 4 647 xüsusi avadanlıq itirib.