Atletimiz Tehran Məmmədov Qətərin paytaxtı Doha şəhərində keçirilən tələbələrin dünya çempionatının qalibi adını qazanıb. Bununla da Tehran, tələbələrin dünya çempionatında qalib gələn ilk Azərbaycan atleti kimi adını tarixə yazdırıb.
65 kq çəki dərəcəsində mübarizə aparan Tehran birdən qaldırma hərəkətində göstərdiyi 130 kq nəticə ilə gümüş medala yiyələnib. Məmmədov təkanla qaldırma hərəkətində 159 kq ağırlığı başı üzərinə qaldıraraq fəxri kürsünün birinci pilləsinə qalxıb.
Beləliklə Tehran Məmmədov toplamda göstərdiyi 289 nəticə ilə tələbələr arasında keçirilən dünya çempionatının qalibi adını qazanıb.
Təbrik edirik!
Avropa çempionu və dünya çempionatının ikiqat mükafatçısı Orxan Səfərovun imza mərasimi keçirilib
“SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-14 YAŞ QRUPUNDA 10-cu TURA START VERİLİB
Bakı-2026 cüdo üzrə dünya çempionatına həsr olunmuş təqdimat videoçarxı hazırlanıb VİDEO
Azərbaycan yeni Məcəlləyə uyğun milli antidopinq qaydalarını Avropada hazırlayan ilk ölkədir