09 sentyabr 2026 12:56
102

Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə I dan dərəcəsi üzrə seminar və imtahan keçiriləcək

 21–25 sentyabr tarixlərində Azərbaycan Cüdo Federasiyasının təşkilatçılığı ilə I dan dərəcəsi üzrə seminar və imtahan keçiriləcək.
 
Seminar və imtahan cüdo məşqçiləri üçün açıqdır. Namizədlər 17 yaşdan yuxarı və qəhvəyi kəmərə sahib olmalıdır. 

Qeyd edək ki, bu seminar və imtahan Beynəlxalq Cüdo Federasiyasının Akademiyasında təhsil almaq, həmçinin məşqçi sertifikatlaşdırması üçün zəruridir. Əsas məqsəd dan sistemi üzrə məşqçilərin bacarıqlarını inkişaf etdirmək və qiymətləndirməkdir. 

 Qeydiyyat üçün son tarix: 17 sentyabr
İmtahan ödənişlidir. 
 Ətraflı məlumat üçün: +994 10 236 29 42