10 sentyabr 2026 09:11
85

"Sabah" UEFA Çempionlar Liqasının əsas mərhələsindəki ilk oyununu bu gün keçirəcək

"Sabah" komandası UEFA Çempionlar Liqasının əsas mərhələsindəki ilk oyununu bu gün keçirəcək.

“İki sahil” xəbər verir ki, Valdas Dambrauskasın baş məşqçi olduğu kollektiv İngiltərədə "Mançester Yunayted"lə üz-üzə gələcək. "Old Trafford" stadionundakı qarşılaşma Bakı vaxtı ilə saat 23:00-da start götürəcək. Görüşü Fransadan olan FIFA referisi Villi Delajo idarə edəcək.

Xatırladaq ki, "Sabah" oktyabrın 13-də Bakıda Çexiyanın "Slaviya" kollektivini qəbul edəcək.