Qətər ABŞ şirkətlərindən mayeləşdirilmiş təbii qazın (LNG) alınması ilə bağlı uzunmüddətli müqavilələrin imzalanması imkanını müzakirə edir.
“İki sahil” xəbər verir ki, bu barədə "Bloomberg" məlumatlı mənbələrə istinadla yazıb.
Mənbələrin məlumatına görə, Qətərin dövlət neft-qaz şirkəti "QatarEnergy"nin ABŞ-dən qaz tədarükünə maraq göstərməsi müştəriləri qarşısında öhdəliklərini yerinə yetirmək üçün alternativ qaz tədarükü kanallarına ehtiyac yaranması ilə bağlıdır.
Qeyd olunur ki, əvvəllər Qətərin payına dünya üzrə LNG tədarükünün təxminən beşdə biri düşürdü. Lakin ABŞ-ın İrana qarşı hərbi əməliyyatına başlamasından sonra bu tədarüklər faktiki olaraq tamamilə dayanıb.
Buna səbəb tankerlərin Hörmüz boğazından təhlükəsiz keçməsinin mümkünsüzləşməsi olub.