11 sentyabr 2026 10:21
104

Tramp Səudiyyə Ərəbistanının husilərə zərbə endirmək tələbini rədd edib?

Səudiyyə Ərəbistanının vəliəhd şahzadəsi Məhəmməd bin Salman Əl Səud ABŞ Prezidenti Donald Trampla telefon əlaqəsi saxlayaraq husilərin mövqelərinə birgə hərbi zərbələr endirilməsini xahiş edib. Lakin ABŞ rəhbərliyi bu müraciətə mənfi cavab verib.

“İki sahil” xəbər verir ki, bu barədə mənbələrə istinadla "Axios" portalı məlumat yayıb.

Vaşinqton üçün hazırkı əsas hədəf birbaşa İranla qarşıdurma və qlobal neft daşımaları üçün həyati əhəmiyyət daşıyan Hürmüz boğazının açılmasıdır.

ABŞ administrasiyası bölgədə vəziyyətin daha da gərləşməməsi və əlavə hərbi cəbhələrin açılmaması üçün birbaşa hərbi müdaxilədən çəkinir.