11 sentyabr 2026 10:27
101

Yaponiya Hərbi Dəniz Qüvvələri atom sualtı qayıqları ilə təchiz oluna bilər

Yaponiya müdafiə naziri Sindziro Koidzumi ölkənin Hərbi Dəniz Qüvvələrinin (HDQ) atom sualtı qayıkları ilə təchiz edilməsi məsələsini araşdırmağa hazır olduğunu bildirib.

“İki sahil” TASS-a istinadla xəbər verir ki, o, Tokioda hökumət iclasından sonra keçirilən mətbuat konfransında ölkənin hərbi dəniz qüvvələrinin heç bir variantı istisna etmədiyini vurğulayıb.

Nazir bu cür texnologiyanın əsas xüsusiyyətlərini qeyd edib. Atom sualtı qayqkları su altında həddindən artıq uzun müddət qala bilər, adi sualtı qayıqlarla müqayisədə qat-qat yüksək sürətə malikdir və heyətin təhlükəsizliyini daha yüksək səviyyədə təmin etməyə imkan verir.

Eyni zamanda, atom qurğularının baha başa gəlməsi və onlara texniki qulluq göstərilməsi üçün xüsusi texnologiyaların tətbiqi zərurəti qeyd olunub.

ABŞ Hərbi Dəniz Qüvvələrinin komandanlığı Yaponiyanın atom sualtı qayıqları ilə təchiz edilməsinə ümumilikdə müsbət yanaşır. "Kyodo" agentliyinin məlumatına görə, ABŞ tərəfi Tokionun inkişaf etmiş atom energetikasına malik olması səbəbindən buna lazım olan bütün texnoloji imkanlara sahib olduğunu qeyd edib.