Çin Xalq Respublikası qarşıdan gələn BRİKS sammiti çərçivəsində birgə inkişaf naminə təşkilata üzv dövlətlərlə səyləri birləşdirməyi planlaşdırır.
“İki sahil” TАСС-a istinadla xəbər verir ki, bu barədə XİN-in rəsmi nümayəndəsi Mao Nin məlumat yayıb.
Çin lideri Si Çinpin sentyabrın 12-13-də Hindistanın paytaxtı Yeni Dehlidə keçiriləcək 18-ci BRİKS sammitində iştirak etmək üçün bu ölkəyə səfər edəcək.
Mao Ninin sözlərinə görə, Çin sədrinin tədbirdə vacib nitqlə çıxış etməsi, digər dövlət başçıları ilə cari beynəlxalq vəziyyət, BRİKS mexanizminin inkişafı və praktiki əməkdaşlığın dərinləşdirilməsi məsələlərini müzakirə etməsi gözlənilir. O, həmçinin Çinin keyfiyyətli qarşılıqlı fəaliyyətin təşviqi üçün yeni təşəbbüslər irəli sürəcəyini qeyd edib.
Çin XİN-in nümayəndəsi BRİKS-in formalaşmaqda olan bazar iqtisadiyyatına malik ölkələr arasında həmrəyliyin gücləndirilməsi üçün əsas platforma olduğunu, yarandığı gündən bəri açıqlıq, inklüzivlik və qarşılıqlı fayda prinsiplərinə əsaslandığını xatırladıb.
Körfəzi ölkələri və İran Omanın vasitəçiliyi ilə Hörmüz sazişini müzakirə edəcək