11 sentyabr 2026 17:04
104

M9 nömrəli ekspres marşrutu fəaliyyətə başlayır

Metro xətlərinin ayrılması ilə əlaqədar sərnişinlərinictimai nəqliyyata əlçatanlığının artırılmasıməqsədilə aparılmış təhlillərə əsasən, AYNA-nındəstəkləyici tədbirləri çərçivəsində daha bir ekspres marşrut xətti təşkil edilir.

 

Metronun "Elmlər Akademiyası" və "Nizami" stansiyalarıdan "Qara Qarayev", "Neftçilər", "Xalqlar Dostluğu", "Əhmədli" və "Həzi Aslanov" stansiyaları istiqamətində artan sərnişin tələbatını qarşılamaq üçün sentyabrın 13-dən M9 nömrəli ekspres marşrutu fəaliyyətə başlayacaq.

 

Avtobusların "Elmlər Akademiyası" metrostansiyasındakı dayanacağı Hüseyn Cavid prospekti, “Həzi Aslanov” metrostansiyasında isə Məhəmməd Hadi küçəsi, metronun qarşısı təyin edilib.


Avtobusların hərəkəti metronun iş rejiminə uyğunlaşdırılaraq saat 06:00-dan 00:00-dək təşkil ediləcək.