Ötən gün UEFA Çempionlar Liqasının əsas mərhələsinin ilk turunun “Roma” (İtaliya) ilə oyunundan sonra vəzifəsindən ayrıldığını açıqlayan “Fənərbağça”nın baş məşqçisi İsmayıl Kartalın istefası qəbul olunmayıb.
“İki sahil” İstanbul təmsilçisinin rəsmi saytına istinadla xəbər verir ki, klub rəhbərliyi 65 yaşlı mütəxəssisi fikrindən daşındıra bilib. Təcrübəli çalışdırıcının sabah komandanı məşqə çıxaracağı açıqlanıb.
Qeyd edək ki, “Fənərbağça” ötən gün “Roma” ilə 1:1 hesablı heç-heçə edib. Matçdan sonra keçirilən mətbuat konfransında İsmayıl Kartal bir daha qayıtmamaq şərti ilə istefa verdiyini bildirib.
“SABAHIN ULDUZLARI” BAKI KUBOKU UĞRUNDA YARIŞ U-15 YAŞ QRUPUNDA 10-cu TURA START VERİLİB
Ağırlıqqaldırma üzrə tələbələr arasında ilk dünya çempionumuz Tehran Məmmədov Vətənə qayıdıb