Avropa Seysmoloji Komissiyasının (ESC) 40-cı Baş Assambleyası çərçivəsində Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) Baş Assambleyasının iclası keçirilib.
“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.
İclasda zəlzələlərin operativ monitorinqi, seysmoloji məlumatların mübadiləsi, beynəlxalq əməkdaşlığın genişləndirilməsi, zəlzələ parametrlərinin sürətli müəyyənləşdirilməsi sistemlərinin təkmilləşdirilməsi və EMSC-nin gələcək fəaliyyət istiqamətləri müzakirə olunub. Tədbirdə AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzini "Zəlzələlərin tədqiqatı bürosu"nun rəisi, Yer elmləri üzrə fəlsəfə doktoru Səidə İsmayılova və "Zəlzələ ocaqlarının dinamikası" şöbəsinin müdiri, geologiya-mineralogiya üzrə fəlsəfə doktoru, dosent Səbinə Kazımova təmsil ediblər. Mərkəzin nümayəndələri iclasa Zoom platforması vasitəsilə onlayn şəkildə qoşulublar. İştirakçılar tərəfindən Avropa seysmologiyasının müasir inkişaf tendensiyaları, seysmikliyin monitorinqinə yeni yanaşmalar, operativ seysmoloji məlumatların beynəlxalq mübadiləsi və seysmoloji təşkilatlar arasında elmi əməkdaşlığın perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb.
EMSC Baş Assambleyasının ESC-nin Baş Assambleyası çərçivəsində keçirilməsi Avropa və Aralıq dənizi regionlarının seysmoloji icmaları arasında elmi və institusional əməkdaşlığın gücləndirilməsi baxımından əhəmiyyətli platforma kimi qiymətləndirilir.
Səudiyyə Ərəbistanında hücumlardan sonra "Şərq-Qərb" neft kəmərinin işi dayandırılıb
Britaniya kəşfiyyatı: Ukrayna müharibəsində 500 minə yaxın Rusiya hərbçisi ölüb