12 sentyabr 2026 00:13
79

Tramp ABŞ-də yetkin şəxslərə 5 min dollar veriləcəyini bir daha təsdiqləyib

ABŞ Prezidenti Donald Tramp ölkədəki bütün yetkin şəxslərə 5 min dollar məbləğində “Tramp dividenti” veriləcəyini bir daha təsdiqləyib.

“İki sahil” xəbər verir ki, Tramp bu barədə “Truth” sosial media hesabında paylaşım edib. “5 min dollarlıq dividend veriləcək, çünki ölkəmizin insanları buna layiqdirlər. Mən nəsə deyirəmsə, onu edirəm”, – deyə ABŞ Prezidenti bildirib.

Tramp bu təşəbbüsün ölkəyə daxil olan böyük həcmdə investisiya və iqtisadi gəlirlər hesabına maliyyələşdiriləcəyini qeyd edib. O, planı tənqid edən demokratlara cavab olaraq daha əvvəl hərbçilərə 1776 dollar məbləğində ödəniş verilməsini nümunə göstərib.