Fransanın şimalında şəhərlərarası sərnişin qatarının relsdən çıxması nəticəsində təxminən 20 nəfər xəsarət alıb.
“İki sahil” xəbər verir ki, bu barədə BFMTV məlumat yayıb. Bildirilib ki, Ruan-Kan marşrutu üzrə hərəkət edən qatar Kleon və Turvil-la-Rivière kommunaları yaxınlığında relsdən çıxıb. Qatarın göyərtəsində təxminən 200 sərnişin olub.
İlkin məlumata görə, qatar relslərdəki əşya ilə toqquşub. Nəticədə bir vaqon aşıb, daha dörd vaqon relsdən çıxıb. Yaralananların vəziyyəti barədə hələlik məlumat verilmir.
Səudiyyə Ərəbistanında hücumlardan sonra "Şərq-Qərb" neft kəmərinin işi dayandırılıb
Britaniya kəşfiyyatı: Ukrayna müharibəsində 500 minə yaxın Rusiya hərbçisi ölüb