ABŞ hərbçiləri İranın dəniz blokadası başlayandan bəri 100 ticarət gəmisinin marşrutunu dəyişdirib.
“İki sahil” xəbər verir ki, ABŞ Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığı (CENTCOM) bu barədə "X" sosial şəbəkəsində məlumat yayıb. "ABŞ-nin İranın blokadasını yenidən tətbiq etməsindən bəri son 60 gündə CENTCOM qüvvələri 100 ticarət gəmisinin marşrutunu dəyişdirib", - paylaşımda deyilir.
CENTCOM iddia edib ki, ABŞ Silahlı Qüvvələrinin razılığı olmadan heç bir gəmi blokadadan çıxmayıb. "Amerika hərbçiləri bu missiyaya tam diqqət yetirir", - komandanlıq qeyd edib.
Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya husilər tərəfindən buraxılmış PUA-ları vurub
İtaliya istifadəçilərin foto və videolarına razılıq olmadan girişə görə "Meta"nı 805 milyon avro cərimələyib
Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq