Tbilisi Şəhər Məhkəməsi Gürcüstanın keçmiş müdafiə naziri, "Vahid Milli Hərəkat" müxalifət partiyasının liderlərindən olan Giorgi Baramidzeni məhkəməyə qədər həbs edib.
“İki sahil”Gürcüstan mediasına istinadən xəbərinə görə, bu barədə məhkəmənin mətbuat xidməti məlumat yayıb.
Xatırladaq ki, bir gün əvvəl Gürcüstanın Baş Prokurorluğu Baramidzeni dövlətə xəyanət və təxribatda ittiham edib. İddia olunur ki, keçmiş nazir yalan məlumat yayıb və bununla da Gürcüstanın imicinə ciddi ziyan vurub. Gürcüstan qanunvericiliyinə görə, G.Baramidzeyə qarşı ittihamlar dörd ilə qədər həbs cəzasını nəzərdə tutur.
Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya husilər tərəfindən buraxılmış PUA-ları vurub
İtaliya istifadəçilərin foto və videolarına razılıq olmadan girişə görə "Meta"nı 805 milyon avro cərimələyib
Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq