Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Amerika Birləşmiş Ştatlarının Prezidenti Donald Trampa Qazaxıstana səfər etmək dəvətini təsdiqləyib.
“İki sahil” xəbər verir ki, “Akorda”ya istinadla xəbər verir ki, dövlət başçısı BRICS Sammiti çərçivəsində ABŞ Prezidentinin Cənubi və Mərkəzi Asiya üzrə xüsusi elçisi Serxio Qor ilə görüşüb. Söhbətin əvvəlində Serxio Qor Donald Trampın Qazaxıstanın müstəqilliyinin 35-ci ildönümü ərəfəsində təbriklərini əks etdirən məktubunu Kasım-Jomart Tokayevə çatdırıb. Qazaxıstan Prezidenti ABŞ liderinə xoş arzularına görə təşəkkür edib və onu Qazaxıstana səfərə dəvət etdiyini bir daha təsdiqləyib.
Kasım-Jomart Tokayev genişləndirilmiş Qazaxıstan-ABŞ strateji tərəfdaşlığının dinamik inkişaf etdiyini qeyd edərək, qarşılıqlı fəaliyyətin daha da möhkəmləndirilməsinin xüsusi əhəmiyyətini vurğulayıb. “Hazırda Mayamidə keçiriləcək G20 Sammitində iştiraka hazırlaşıram. Düşünürəm ki, bu, ikitərəfli gündəliyin məsələlərini müzakirə etmək üçün də yaxşı fürsət olacaq. Biz gözəl sözlərə deyil, qarşılıqlı əməkdaşlığımızı inkişaf etdirmək üçün konkret işlərə və praktiki addımlara üstünlük veririk”, - deyə Kasım-Jomart Tokayev bildirib.
Budanov: ABŞ, Ukrayna və Rusiya arasında üçtərəfli sülh danışıqlarının yeni mərhələsi oktyabrda baş tuta bilər
Lavrov: Zelenskinin Moskvaya dəvət edilməsi Rusiya tərəfindən “xoşməramlı jestdir”
Gürcüstanın Baş Prokurorluğu Baramidzeni dövlətə xəyanət və təxribatda ittiham edib