13 sentyabr 2026 16:20
73

Mingəçevirdə çoxmərtəbəli yaşayış binasında yanğın baş verib

Mingəçevir şəhərində keçmiş məcburi köçkünlərin kompakt məskunlaşdığı çoxmərtəbəli yaşayış binasında yanğın baş verib.

“İki sahil” xəbər verir ki, hadisə 11 saylı binada qeydə alınıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə və Xüsusi Riskli Xilasetmə xidmətlərinin qüvvələri cəlb olunub. Bina sakinləri FHN əməkdaşları tərəfindən təxliyə edilib. 

İlkin məlumatlara görə, yanğın binanın elektrik naqilləri keçən şaxtasında baş verib.