Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın yaxın gələcəkdə Suriyaya səfəri planlaşdırılır.
“İki sahil” xəbər verir ki, bunu Suriyada səfərdə olan Türkiyənin xarici işlər naziri Hakan Fidan suriyalı həmkarı Əsəd Həsən Şeybani ilə birgə keçirdiyi mətbuat konfransında deyib. Nazir bildirib ki, Suriyaya səfərinin əsas məqsədlərindən biri də Prezident Rəcəb Tayyib Ərdoğanın Suriya səfərinə hazırlıqla bağlı məsələləri müzakirə etməkdir. Səfərdən əvvəl Yüksək Planlaşdırma Qrupunun həyata keçirə biləcəyi işlər və hazırlıqlar nəzərdən keçirilib: “Prezidentimizin yaxın gələcəkdə Suriyaya həyata keçirməsi planlaşdırılan səfəri də müzakirə olunan məsələlər arasında idi. Özü bu səfəri çoxdan arzulayır. Biz də səfərin baş tutması üçün lazımi şəraitin yaradılması istiqamətində çalışırıq”.
Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya husilər tərəfindən buraxılmış PUA-ları vurub
İtaliya istifadəçilərin foto və videolarına razılıq olmadan girişə görə "Meta"nı 805 milyon avro cərimələyib
Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq