BMT keçmişin reallıqlarını deyil, mövcud geosiyasi şərtləri əks etdirmək üçün islah olunmalıdır.
“İki sahil”in Hindistan KİV-lərinə istinadən verdiyi məlumata görə, bunu təşkilatın Baş katibi Antonio Quterreş BRICS sammitinə ünvanladığı müraciətdə deyib. "Bu günün iqtisadi, demoqrafik və geosiyasi reallıqları 1945-ci ildəki vəziyyətdən fərqlənir. Bizim strukturlarımız da bunu əks etdirməlidir", - deyə o bildirib. Quterreş qeyd edib ki, "bu sammitdə təmsil olunan ölkələr dünyadakı reallıqların nə dərəcədə dəyişdiyinin göstəricisidir. Biz getdikcə daha sürətlə çoxqütblü dünyaya doğru irəliləyirik".
Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya husilər tərəfindən buraxılmış PUA-ları vurub
İtaliya istifadəçilərin foto və videolarına razılıq olmadan girişə görə "Meta"nı 805 milyon avro cərimələyib
Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq