Azərbaycanda ilk dəfə təşkil olunan çimərlik polosu üzrə "Sea Breeze 2026" beynəlxalq turnirinin qalibi müəyyənləşib.
“İki sahil” xəbər verir ki, İsveçrə təmsilçisi "Sankt Mortiz" üzərində 6:4 hesablı qələbə qazanan Azərbaycanın "Elit polo club" komandası yarışın qalibi olub.
Qeyd edək ki, üçüncü yer uğrunda qarşılaşmada Rusiya təmsilçisi "Moscow polo club" üzərində 9:5 hesablı qələbə qazanan Böyük Britaniyanın "Red Star" komandası bürünc medalın sahib çıxıb.
Elçin Camallı: Biz bu sözlərdən ilhamlandıq və şükürlər olsun ki, çempion olduq