İlk dəfə Azərbaycanda keçirilən çimərlik polosu üzrə yarışda qalib olmaq çox gözəldir.
“İki sahil” xəbər verir ki, bunu Azərbaycanın "Elit polo club" komandasının üzvü Elçin Camallı jurnalistlərə açıqlamasında deyib. O, "Sea Breeze 2026" beynəlxalq turnirinin qalibi olmaları barədə danışıb: "İlk dəfə Azərbaycanda keçirilən çimərlik polosu üzrə yarışda qalib olmaq çox gözəldir. Həqiqətən yarış çox yüksək səviyyədə keçdi. Turnirə çox ciddi hazırlaşmışdıq. Keçirdiyimiz təlim-məşq toplanışları və Argentinadan gətirdiyimiz atların qələbələrdə rolu böyük idi. Bizə dəstək olan hər kəsə öz təşəkkürümüzü bildiririk.
Avropa çempionu olduqdan sonra Prezident İlham Əliyevin qəbulunda olarkən o bizə bildirdi ki, qələbə qazanmaq çətindir, lakin zirvədəki yeri qorumaq ondan da çətindir. Biz bu sözlərdən ilhamlandıq və şükürlər olsun ki, çempion olduq".
Qeyd edək ki, İsveçrə təmsilçisi "Sankt Mortiz" üzərində 6:4 hesablı qələbə qazanan Azərbaycanın "Elit polo club" komandası yarışın qalibi olub.
"Sea Breeze 2026": Azərbaycanın "Elit polo club" komandası yarışın qalibi olub