ABŞ Prezidenti Donald Tramp Ukrayna lideri Volodimir Zelenskini Rusiyadakı neft emalı zavodlarına (NEZ) hücumları dayandırmağa çağırıb, çünki bu, dünya bazarlarında dizel yanacağı qıtlığı təhlükəsi yaradır.
“İki sahil” "Fох News"a istinadən xəbər verir ki, Tramp bu barədə İrlandiya Açıq Çempionatında jurnalistlərlə söhbəti zamanı deyib. "Cənab Zelenski bir şey etməlidir. O, Rusiyada dizel yanacağı ehtiyatlarına zərər vurmağı dayandırmalıdır. Qoy o, hədəflərə hücum etsin, amma dizel yanacağına yox, çünki bu, qıtlığa səbəb olur", – Tramp bildirib. Onun sözlərinə görə, dizel qıtlığı Yaxın Şərqdəki vəziyyətlə əlaqədar deyil, Rusiya və Ukrayna arasındakı hərbi əməliyyatlarla bağlıdır.
"Ona görə də biz Zelenski ilə bu barədə danışdıq. Çoxlu başqa hədəflər var. Biz onun dizel yanacağına zərbələr endirməsini istəmirik, çünki bu, bütün dünyaya zərər verir", - Amerika lideri dəqiqləşdirib.
Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya husilər tərəfindən buraxılmış PUA-ları vurub
İtaliya istifadəçilərin foto və videolarına razılıq olmadan girişə görə "Meta"nı 805 milyon avro cərimələyib
Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq