Səudiyyə Ərəbistanı regionda davam edən qarşıdurmanın miqyasının genişlənməsindən narahatdır.
“İki sahil” “əl-Hədəs” telekanalına istinadla xəbər verir ki, bunu Səudiyyə Ərəbistanın xarici işlər naziri Feysəl bin Fərhan Hindistanda keçirilən BRİCS sammitində çıxışında deyib. Vurğulanıb ki, Ər-Riyad suverenliyini, ərazisini və vətəndaşlarını qorumaq üçün bütün zəruri tədbirləri görmək hüququnu özündə saxlayır. Eyni zamanda, Feysəl bin Fərhan Körfəz ölkələrinin müxtəlif bəhanələrlə hədəfə alınmasına yol verilməyəcəyini bildirib. O, regionda sabitliyin təmin olunması üçün diplomatik və siyasi həll yollarının dəstəklənməsinin vacibliyini də vurğulayıb.
Səudiyyə Ərəbistanı, həmçinin Hörmüz və Bab əl-Məndəb boğazlarının, eləcə də digər mühüm nəqliyyat dəhlizlərinin təhlükəsiz və açıq saxlanılmasına çağırıb.
Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya husilər tərəfindən buraxılmış PUA-ları vurub
İtaliya istifadəçilərin foto və videolarına razılıq olmadan girişə görə "Meta"nı 805 milyon avro cərimələyib
Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq