Misli Premyer Liqasının V turunda "Zirə" ilə "Qarabağ" üz-üzə gəlib.
“İki sahil” xəbər verir ki, Zirə İdman Kompleksinin stadionunda keçirilən oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. "Qartallar"ın heyətində İssa Cibrila (56), Ağdam təmsilçisinin heyətində isə Aleksey Kaşuk (65) adlarını tabloya yazdırıblar.
"Qarabağ 10 xalla ikinci, eyni xala malik "Zirə" isə üçüncüdür.
Qeyd edək ki, turun əvvəlki qarşılaşmalarında "Neftçi" "İmişli"ni (3:2), "Kəpəz" "Qəbələ"ni (1:0) məğlub edib. "Sumqayıt" - "Şamaxı" (1:1) və "Araz-Naxçıvan" - "Turan Tovuz" matçlarında isə (2:2) qalib müəyyənləşməyib
Rəşad Nəbiyev Bakıda keçirilən dünya çempionatında medal qazanan idmançıları təbrik edib
Beynəlxalq Cüdo Federasiyasının (IJF) bayrağının təhvil-təslim mərasimi keçirilib
Azərbaycan cüdoçuları dünya çempionatında fərdi yarışları 7 medalla bitiriblər