İran Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi İsmayıl Baqai sentyabrın 14-ə planlaşdırılan Fars körfəzi ölkələri ilə görüşün Səudiyyə Ərəbistanının xahişi ilə və Yəməndəki mövcud gərginlik səbəbindən ləğv olunduğunu təsdiqləyib.
“İki sahil” xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
"Bəli, bu, doğrudur. Görüş Səudiyyə Ərəbistanının xahişi ilə təxirə salındı. Bu, onların və Yəmənin arasında baş verənlərlə əlaqədardır", – deyə o, həftəlik brifinq zamanı bildirib.
Sentyabrın 14-də Oman şəhərində Fars körfəzi regionu ölkələrinin xarici işlər nazirləri səviyyəsində görüş keçirilməli idi. Sentyabrın 11-də İran XİN-in rəsmi nümayəndəsi İsmayıl Baqai İran tərəfinin həmin tədbirdə iştirak edəcəyini təsdiqləmişdi. Onun sözlərinə görə, görüşdə regional məsələlərlə yanaşı, Hörmüz boğazında ticarət gəmiçiliyi üçün təhlükəsiz marşrutların müəyyənləşdirilməsi məqsədilə aparılan İran-Oman danışıqlarının nəticələri də müzakirə olunmalı idi.
Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya husilər tərəfindən buraxılmış PUA-ları vurub
İtaliya istifadəçilərin foto və videolarına razılıq olmadan girişə görə "Meta"nı 805 milyon avro cərimələyib
Makron Malayziyada nadir torpaq metallarının tədarükü ilə bağlı danışıqlar aparacaq