14 sentyabr 2026 22:51
72

Baş məşqçi: "Old Trafford"dakı görüşün ardınca bu matça hazırlaşmaq futbolçular üçün çətin idi

Çempionlar Liqası matçından sonra növbəti qarşılaşmaya tam köklənmək hər zaman asan olmur.

“İki sahil” xəbər verir ki, bunu "Sabah" komandasının baş məşqçisi Valdas Dambrauskas Misli Premyer Liqasının V turunda "Şəfa"ya qarşı keçirilən oyundan sonra mətbuat konfransında deyib.

Mütəxəssis qalib gəldikləri qarşılaşmanı şərh edib: "Çempionlar Liqası matçından dərhal sonra növbəti qarşılaşmaya tam köklənmək hər zaman asan olmur. Buna baxmayaraq, komandamın oyuna münasibətindən və göstərdiyi performansdan razıyam. "Old Trafford"dakı görüşün ardınca bu matça hazırlaşmaq futbolçular üçün kifayət qədər çətin idi.

"Şəfa" ilə matçın ilk hissəsinin müəyyən anlarında düzgün qərarlar verə bilmədik. Bunun nəticəsində rəqib bir neçə dəfə təhlükəli hücum quraraq qapımıza zərbələr endirdi. İngiltərədəki matçda da oxşar problemlərlə üzləşmişdik. Buna baxmayaraq, oyunun əvvəlindən tempimizi yüksək saxlamağa çalışdıq və fasiləyə iki top üstünlüklə yollandıq. Hesabı daha da artırmaq üçün imkanlarımız da oldu".

Qeyd edək ki, "Şəfa" - "Sabah" qarşılaşması "bayquşlar"ın 3:0 hesablı qələbəsi ilə bitib.