15 sentyabr 2026 00:46
95

Cüdo üzrə millimizin üzvləri Bratislavanın Olimpiya Təlim Düşərgəsində

Cüdo üzrə Azərbaycan millisinin üzvləri Slovakiyanın paytaxtı Bratislavada Olimpiya Təlim Düşərgəsinə qatılıblar.

“İki sahil” xəbər verir ki, Azərbaycan Cüdo Federasiyasından verilən məlumata görə, Avropa Cüdo Birliyinin təşkilatçılığı ilə keçirilən düşərgədə idmançılarımız müxtəlif ölkələrin tatami ustaları ilə birgə məşqlər keçirlər. Sentyabrın 18-də başa çatacaq təlim düşərgəsi oktyabrın 4-dən 11-dək Bakıda keçiriləcək dünya çempionatına hazırlıq məqsədi daşıyır.