15 sentyabr 2026 00:58
97

Aerobika gimnastı: Nəticəmiz gümüş medal oldu

Vətənə medalla qayıtmaq bizim üçün çox xoş və qürurvericidir.

“İki sahil” xəbər verir ki, bu sözləri İspaniyanın Pamplona şəhərində keçirilən dünya çempionatında gümüş medal qazanan Azərbaycanın aerobika gimnastı Mədinə Mustafayeva deyib. O, bu yarışa çox uzun müddətdir ki, hazırlaşdıqlarını söyləyib: “Birinci yerlə xal fərqimiz çox az oldu. Nəticəmizdən bir o qədər narazı deyilik, çıxışımızdan isə çox razıyıq. Düşünürdük ki, qızıl medalın sahibi biz olarıq. Bu, təbii ki, tək bizim fikrimiz deyil, bir çox hakimlər də belə düşünürdü. Hətta yarışdan sonra hakimlər yaxınlaşıb bizə üzrxahlıq da etdilər. Amma nəticəmiz gümüş medal oldu, bu da yaxşı nəticədir”.