15 sentyabr 2026 11:42
96

Rəsmi Bakı Kosta-Rika, El-Salvador və Qvatemalanı təbrik edib

Azərbaycan Xarici İşlər Nazirliyi (XİN) Kosta-Rika və El-Salvadoru Müstəqillik Günü münasibətilə təbrik edib.

“İki sahil” xəbər verir ki, bu barədə XİN-in "X" hesabında paylaşım edilib.

"Kosta-Rika Respublikasının Milli Günü münasibətilə Kosta-Rika xalqını və hökumətini səmimi-qəlbdən təbrik edirik!", - deyə pyalşımda bildirilib.

Bundan başqa, XİN El-Salvadoru bu ölkənin Milli Günü münasibətilə təbrik edib: "Salvador Respublikasının Milli Günü münasibətilə Salvador xalqını və hökumətini səmimi-qəlbdən təbrik edirik!"

Rəsmi Bakı həmçinin Qvatemala Respublikasını da Milli Günü münasibətilə təbrik edib.

"Qvatemala xalqını və hökumətini səmimi-qəlbdən təbrik edirik!" , - deyə paylaşımda qeyd olunub.