15 sentyabr 2026 12:50
101

Ceyhun Bayramovla Hakan Fidan arasında təkbətək görüş olub

Xarici işlər naziri Ceyhun Bayramov Azərbaycanda rəsmi səfərdə olan türkiyəli həmkarı Hakan Fidanı qarşılayıb.

“İki sahil” xəbər verir ki,  bu barədə Ceyhun Bayramovun "X" hesabında məlumat paylaşılıb.

"Səfər Azərbaycan və Türkiyə arasındakı güclü strateji tərəfdaşlığı, müttəfiqlik münasibətlərini və qardaşlıq bağlarını əks etdirir", - paylaşımda qeyd olunub.

Daha sonra nazirlər arasında təkbətək görüş keçirilib.