Yanvarın 21-22-də Vyanada OPEK-in neft hasilatının azaldılmasının Monitorinq Komitəsinin iclası keçiriləcək.
Keçən il noyabrın 30-da OPEK üzvü olan ölkələrin görüşündə bütövlükdə OPEK üzrə gündəlik neft hasilatının 1,2 milyon barrel azaldılaraq hasilatın 32,5 milyon barrelə endirilməsi barədə razılığa gəliblər. Dekabrın 10-da Vyanada OPEK üzvləri ilə neft hasil edən, lakin bu təşkilata daxil olmayan ölkələrin görüşü keçirilib. OPEK-ə daxil olmayan 11 ölkə, o cümlədən Azərbaycan ümumi hasilatın sutkada 558 min barrel azaldılması barədə razılığa gəliblər. Hasilatın azaldılması yanvarda başlanmalı idi. Saziş bu ilin birinci yarısı üçün bağlanıb və onun müddətinin uzadılması imkanı nəzərdə tutulub.
SOCAR-ın prezidenti ABŞ Dövlət Departamentinin baş müşaviri və ABŞ-ın Ticarət və İnkişaf Agentliyinin ölkə üzrə meneceri ilə görüşüb
"Abşeron" qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər müzakirə olunub