11 yanvar 2017 14:48
208

Binəqədi və Sumqayıtda təbii qaz kəsiləcək

Diametri 530 millimetrlik ortatəzyiqli qaz xəttində aşkar olunmuş qaz sızmalarının ləğvi və təmir-bərpa işləri ilə əlaqədar yanvarın 11-də saat 10:00-dan işlər başa çatanadək Sumqayıt şəhərinin, eləcə də Bakının Binəqədi rayonunun M.Ə.Rəsulzadə qəsəbəsinin, 7-ci və 8-ci mikrorayonların bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.

Bu barədə AZƏRTAC-a “Azəriqaz” İstehsalat Birliyinin (İB) ictimaiyyətlə əlaqələr şöbəsindən bildirilib.

“Azəriqaz” İB yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.