Tarif (qiymət) Şurası bildirir ki, təbii qaz üzrə yeni tariflərin qüvvəyə minmə tarixindən əvvəlki dövr üzrə yaranan borclarla bağlı hesablaşmalar həmin dövrdə qüvvədə olan tariflərlə həyata keçirilməlidir.
Azərbaycan Respublikası Tarif (qiymət) Şurasının Katibliyindən AZƏRTAC-a verilən məlumata görə, yeni tariflərlə hesablaşmalar qeyri-əhali istehlakçı qrupu üzrə 2016-cı il dekabrın 1-dən, əhali istehlakçı qrupu üzrə isə 2017-ci il yanvarın 1-dən etibarən istehlak olunan təbii qaza şamil edilir.
SOCAR-ın prezidenti ABŞ Dövlət Departamentinin baş müşaviri və ABŞ-ın Ticarət və İnkişaf Agentliyinin ölkə üzrə meneceri ilə görüşüb
"Abşeron" qaz-kondensat yatağının tammiqyaslı işlənməsi üzrə görülən işlər müzakirə olunub