19 sentyabr 2026 15:18
89

Həkəri çayında batmış kişinin meyiti tapılıb

Bu ilin iyul ayında Həkəri çayında batmış kişinin meyiti tapılıb

“İki sahil” xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyindən məlumat verilib. Bildirilib ki, 4 iyul 2026-cı il tarixində Həkəri çayının Zəngilan rayonu, Ağalı kəndindən keçən hissəsində batan 1962-ci il təvəllüdlü Həsənov Nuşirəvan Mehdi oğlunun meyiti FHN-in xilasediciləri tərəfindən suda tapılıb çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.