11 yanvar 2017 17:15
200

Magistral qaz kəmərində təmir-bərpa işlərinə başlanılıb

Xəbər verdiyimiz kimi, yanvarın 10-da axşam saat 20.45 radələrində diametri 1000 millimetr olan Səngəçal Baş Qurğuları-Qazıməmməd magistral qaz kəmərində yanğın baş vermişdir.

Görülmüş tədbirlər nəticəsində yanğın lokallaşdırılaraq söndürülmüş, qazın nəqli alternativ xəttə keçirilmiş, istehlakçıların qaz təchizatında fasilə yaranmamışdır. 

Kəmərdə təmir-bərpa işlərinə başlanılmışdır.